Ümumi Müddəalar
Matç başa çatdırılmazsa, bütün tam oyun üzrə mərclər etibarsız sayılır.
Matçın keçirildiyi yer dəyişdirilərsə, ev sahibi olan komandanın hələ də ev sahibi olduğu təqdirdə artıq yerləşdirilmiş mərclər etibarlı sayılır. Siyahıdakı matçda ev sahibi olan komanda ilə qonaq komandanın yerləri dəyişərsə, ilkin proqrama əsaslanan mərclər etibarsız sayılır
Əksi qaydalarda qeyd olunmayıbsa, ləğv edilən və ya təxirə salınan matçlar yenidən təşkil olunub (yerli vaxtla) eyni tarixdə oynanılmadığı təqdirdə, etibarsız sayılır. Matçın başlama vaxtı Operatorun internet səhifəsində yanlış elan edilibsə, istisna tətbiq edilir.
Voleybol oyununda Canlı mərc - iştirakçıdan müəyyən bir voleybol oyunununda canlı olaraq mərc qoyuluşu etməsi tələb olunur. Canlı mərclər yarışın başlama vaxtından bir neçə dəqiqə əvvəl ilkin əmsallar hər hansı mümkün şəkildə elan edildikdən sonra qüvvəyə minir oyunun normal vaxtının başa çatması ilə yekunlaşır. Canlı mərc oyunlarına əlavə vaxt daxildir.
Mərc oyunu başa çatdırılmazsa, bütün mərclər etibarsız sayılır. Artıq başa çatmış setlər ilə bağlı mərclərə istisna tətbiq edilir, yəni onlar hesablanır.
Xallar mərcin edilməsindən əvvəl və ya sonra qazanılmasından asılı olmayaraq nəzərə alınır.
Voleybol oyununda qalib - iştirakçıdan bir voleybol oyununda oyunun qalibini proqnoz etməsi tələb olunur.
Voleybol oyununda “fora” - iştirakçıdan bir voleybol oyununda oyunun qalibini proqnoz etməsi tələb olunur.
Mərclər verilmiş “fora”nı tətbiq etməklə, hər iki komandanın topladığı setlər ilə müəyyən olunur. Qaydalarda nəzərdə tutulmuş sayda setlər başa çatdırılmazsa və ya say dəyişdirilərsə, mərclər etibarsız sayılır.
Voleybol oyununda “Alt/Üst” - iştirakçıdan bir voleybol oyununda qalibin müəyyən olunması üçün verilmiş sayda setdən çox və ya az setin oynanılacağını proqnoz etməsi tələb olunur.
Voleybol oyununda set hesabı - iştirakçıdan bir voleybol oyununda matçın sonunda setlərin hesabını proqnoz etməsi tələb olunur.
Qaydalarda nəzərdə tutulmuş sayda setlər başa çatdırılmazsa və ya say dəyişdirilərsə, mərclər etibarsız sayılır.
Voleybol oyununda xalların ümumi sayı - iştirakçıdan bir voleybol oyununda xalların ümumi sayını proqnoz etməsi tələb olunur.
Xalların ümumi sayı üzrə mərc “Fora” və “Alt/Üst” mərcinə bənzəyir. Qələbə ya da məğlubiyyət hər iki komandanın topladığı xalların sayı, sonra isə bu xalların matçın başlamasından əvvəl verilmiş “fora” və yaxud “Alt/Üst” göstəriciləri ilə müqayisəsi yolu ilə müəyyən edilir.
Voleybol oyununda setin qalibi - iştirakçıdan bir voleybol oyununda müvafiq setin qalibini proqnoz etməsi tələb olunur.
Voleybol oyununda set üzrə “fora” - iştirakçıdan bir voleybol oyununda verilmiş xal “fora”sını nəzərə almaqla müvafiq setin qalibini proqnoz etməsi tələb olunur.
Voleybol oyununda set üzrə “Alt/Üst” - iştirakçıdan bir voleybol oyununda hər iki komandanın müvafiq setdə topladığı xalların cəminin verilmiş rəqəmdən çox və ya az olacağını proqnoz etməsi tələb olunur.
Voleybol oyununda matç və ya set üzrə “Tək/Cüt” - iştirakçıdan bir voleybol oyununda hər iki komandanın matçda və ya müvafiq setdə topladığı xalların cəminin tək və ya cüt rəqəm olacağını proqnoz etməsi tələb olunur.
Voleybol oyununda setlər üzrə qələbə marjası - iştirakçıdan bir voleybol oyununda qeyd olunan komandanın müvafiq setdə hansı xal hesabı ilə qalib gələcəyini proqnoz etməsi tələb olunur.
Voleybol oyununda setlər üzrə dəqiq hesab - iştirakçıdan bir voleybol oyununda müvafiq setin xallar üzrə düzgün hesabını proqnoz etməsi tələb olunur.
Voleybol oyununda cəmi komanda xalları - iştirakçıdan bir voleybol oyununda müvafiq komandanın matçda topladığı xalların verilmiş rəqəmdən çox və ya az olacağını proqnoz etməsi tələb olunur.
Voleybol oyununda “autrayt” - iştirakçıdan bir voleybol oyununda müvafiq yarışın qalibini proqnoz etməsi tələb olunur. Əksi qeyd olunmayıbsa, mərclər (əgər oynanılarsa) pley-offlardan sonra yekun liqa mövqeyinə uyğun olaraq hesablanır.
Voleybol oyununda qrupun qalibi - iştirakçıdan bir voleybol oyununda müvafiq qrupun qalibini proqnoz etməsi tələb olunur.