Bu sayt eTopaz-ın yeni versiyasıdır. Tezliklə bütün eTopaz əməliyyatları yalnız bu platforma üzərindən həyata keçiriləcək.
Bu sayt eTopaz-ın yeni versiyasıdır. Tezliklə bütün eTopaz əməliyyatları yalnız bu platforma üzərindən həyata keçiriləcək.
Bu sayt eTopaz-ın yeni versiyasıdır. Tezliklə bütün eTopaz əməliyyatları yalnız bu platforma üzərindən həyata keçiriləcək.
Bu sayt eTopaz-ın yeni versiyasıdır. Tezliklə bütün eTopaz əməliyyatları yalnız bu platforma üzərindən həyata keçiriləcək.
Bu sayt eTopaz-ın yeni versiyasıdır. Tezliklə bütün eTopaz əməliyyatları yalnız bu platforma üzərindən həyata keçiriləcək.
Bu sayt eTopaz-ın yeni versiyasıdır. Tezliklə bütün eTopaz əməliyyatları yalnız bu platforma üzərindən həyata keçiriləcək.
Bu sayt eTopaz-ın yeni versiyasıdır. Tezliklə bütün eTopaz əməliyyatları yalnız bu platforma üzərindən həyata keçiriləcək.
Bu sayt eTopaz-ın yeni versiyasıdır. Tezliklə bütün eTopaz əməliyyatları yalnız bu platforma üzərindən həyata keçiriləcək.
Şərtlər və Qaydalar
Maddə 1 – TƏRƏFLƏR: Bu Abunə Müqaviləsi (“Müqavilə”) Ünvanı: Bakı, Azərbaycan olan BAL LINE QSC ("BAL LINE ") ilə, Ünvanı və adı/soyadı “Abunə Məlumatları” hissəsində göstərilən şəxsin (“Abunə”) arasında aşağıdakı şərtlər əsasında tərtib olunmuşdur. Maddə 2 – TƏRİFLƏR Aşağıdakı terminlər bu Müqavilədə aşağıdakı mənalarda istifadə edilmişdir: Virtual satıcı — Caspian Tech QSC ilə bağlanmış müqaviləyə əsasən fəaliyyət göstərən və virtual şəraitdə (internet, mobil telefon şəbəkəsi və s. vasitələrlə) mərc oyunlarının iştirakçıları ilə Operator arasındakı bütün əlaqələri Mərkəzi Mərc Sisteminə bağlı olaraq təmin edən hüquqi şəxs (BAL LINE QSC) Abunə: BAL LINE -in Virtual Mühiti vasitəsiylə hər cür mərc oyunlarını oynayan və ya BAL LINE -in müxtəlif məhsul və ya xidmətlərindən faydalanan, bu Müqaviləni qəbul etmiş fiziki şəxs. Abunənin Nömrəsi: BAL LINE tərəfindən Abunələrə verilən və Abunəlik müddətində istifadə ediləcək və Abunəyə məxsus olan və dəyişməz 8 rəqəmli nömrə. Parol: Abunənin Abunə Nömrəsi ilə birlikdə istifadə etdiyi və Abunənin sistem tərəfindən tanınmasını təmin edən və bütün oyun vasitələri ilə BAL LINE -in virtual mühitinə girişdə istifadə edilən və Abunə tərəfindən dəyişdirilə bilən 6 rəqəmli kod. Abunənin Hesabı: Abunələrin BAL LINE -in virtual mühitində olan, bu Müqavilə ilə nəzərdə tutulan müxtəlif məhsul və ya xidmətlərdən faydalanmaq məqsədi ilə pul köçürmək üçün zəruri olan BAL LINE hesabı. Abunənin Bank Hesabı: BAL LINE -in virtual mühitində İBAN nömrəsi və ya Bank Hesab Nömrəsi ilə birlikdə qeydiyyatda olan, Abunələrə aid bank hesabı. BAL LINE IBAN və ya Bank Hesab Nömrələri: www.etopaz.az internet saytında elan olunan və vaxtaşırı dəyişdirilə bilən, BAL LINE -in müxtəlif hesablarına aid İBAN Nömrələri və ya Bank Hesab Nömrəsi. Elektorn mərc bileti (bundan sonra- bilet: virtual mühitdə oynanılan aidiyyəti oyuna və ya oyunlara iştirak hüququ verən və uduşlu olduğu halda, əvvəlcədən bəyan edilən meyarlar əsasında hesablanan pul mükafatını almaq hüququ verən elektron kod, BAL LINE Abunələrinin seçdikləri oyun növünə görə oyun əsnasında yaratdıqları kuponun və ya satın aldıqları lotereya biletinin virtual mühitdəki məzmunu. Mərkəzi Mərc Sistemi: bütün satıcılardan daxil olan məlumatların toplanıldığı, işlənildiyi və ümumiləşdirildiyi, yüksək məlumat işləmə imkanına malik avadanlıqlardan ibarət olan Caspian Tech QSC-nin quracağı və işlədəcəyi sistem. Oyun/Oyunlar: Hər növ mərc oyunları. Oyun Haqqı/Haqqları: Abunələrin mərc oyunu oynaya bilmələri üçün bankların ödəmə üsulları vasitəsi ilə BAL LINE -ə göndərdikləri məbləğ. Oyunun Haqqı/Haqqları: Abunələrin mərc oyunu oynaya bilmələri üçün bankların ödəmə üsulları vasitəsiylə BAL LINE-a BAL LINE IBAN Nömrəsini bildirərək ya da razılaşmalı banklar vasitəsi ilə həyata keçirilən əməliyyatlarda bildirmədən virtual mühitdə göndərdikləri məbləğ. Ödəmə Üsulları: İnternet bankçılığı, ATM, plastik kart, telefon bankçılığı, mobil bankçılıq və bütün alternativ bankçılıq üsulları. Oyun Vasitələri: BAL LINE adı altında hər cür mərc oyunlarının oynandığı GSM (mobil tətbiqlər), JAVA, SMS, WAP, ITV (İnteraktiv TV), IVR (Səsli cavab sistemləri), Müştəri Xidmətləri, Kiosk və İnternet (www.etopaz.az) infrastruktur platforması və oxşarları. Sabit Ehtimallı Mərc Oyunları: Nəticələrin proqnoz edilməsinə əsaslanmaq şərti ilə oynanılan və iştirakçılar arasında doğru ehtimalı tapanlara, əvvəlcədən elan edilən əmsala uyğun olaraq hesablanacaq uduş qazandıran oyunları. Müştərək Mərc Oyunları: Mərc oyunlarının iştirakçıları tərəfindən ödənilən ümumi məbləğin əvvəlcədən elan olunmuş hissəsinin, nəticəni düzgün tapan iştirakçılar arasında uduş kimi bölüşdürüldüyü mərc oyunları. Lotereya: Dövlət və ya qeyri-dövlət təşkilatları tərəfindən çap edilən nömrəli biletlərin satılaraq, ədəd və məbləğləri əvvəlcədən müəyyən olunmuş uduşları qazanacaq nömrələrin püşk yolu ilə müəyyən edilməsinə əsaslanan bəxt oyunu. Virtual Mühitdə Bilet Satış Təsdiqi: Abunələrin BAL LINE -in virtual mühitində seçib işarələmək şərti ilə satın aldıqları bilet qarşılığında və ya oynadıqları oyun qarşılığında tələb etdikləri təqdirdə göndərilən oyun/satın alınan bilet məlumatlarını və lazım olan digər əlaqəli məsələləri əhatə edən məlumat və ya bu məlumatı əhatə edən e-poçt və ya sms və ya oxşar yollarla göndərilən virtual sənəd. Hesabım Menyusu: www.etopaz.az internet səhifəsindən daxil olunan, Abunələrin BAL LINE -in virtual mühitində Abunə Hesabına reallaşdırdıqları pul köçürmələrinin hesab hərəkətlərinə baxa bildiyi, bank köçürmə ehtiyaclarını reallaşdıra bildikləri, oynanılan kupon məlumatlarını izləyə bildikləri və bir sıra icazə verilən əməliyyatları icra edə bildikləri fərdi sahə. Bank(lar): Bankçılıq sisteminə daxil olan hər hansı bir bank. Razılaşmalı Bank(lar): Bankçılıq sisteminə daxil olan və BAL LINE sistemlərinə virtual ünsiyyət şəbəkəsi ilə qoşulan bank/banklar. SMS: Qısa Mesaj Xidməti. JAVA: Bir proqramlaşdırma dili olan mobil telefonlar üçün hazırlanan versiyası ilə BAL LINE platformalarından oyun oynana bilməsini təmin edən tətbiq. WAP: Kabelsiz Tətbiq Protokolu olan və mobil cihazlardan İnternet rabitəsini təmin edən texnologiya. Müştəri Xidmətləri: Abunələrin yazılı və ya şifahi ünsiyyət qura biləcəkləri, məlumat və məsləhət ala biləcəkləri BAL LINE -in müvafiq şöbəsi.