4.1. Ümumi müddəalar
Aşağıdakı vəziyyətlərdən hər hansı biri baş verdikdə, bütün mərclər etibarlı sayılır:
• Cədvəlin və/və ya matç gününün dəyişilməsi
• Oyunun keçirildiyi yerin dəyişilməsi
• Qapalı kortun açıq kort ilə əvəz olunması və ya əksinə
• Səthin dəyişilməsi (matçdan əvvəl və ya matç ərzində)
• Oyun yenidən başladılarsa və matç başa çatdırılarsa, matçın başlanğıcında gecikmə və ya oyunun dayandırılması mərclərin etibarlı sayılmasına təsir göstərmir.
Tennis oyununda bütün oyun mərcləri üçün super tay-breyk bir oyun hesab edilir.
4.2. Tennis oyunununda canlı mərc - iştirakçıdan müəyyən bir tennis oyunununda canlı olaraq mərc qoyuluşu etməsi tələb olunur. Canlı mərclər yarışın başlama vaxtından bir neçə dəqiqə əvvəl ilkin əmsallar hər hansı mümkün şəkildə elan edildikdən sonra qüvvəyə minir oyunun normal vaxtının başa çatması ilə yekunlaşır. Canlı mərc oyunlarına əlavə vaxt daxildir.
4.3. Tennis oyununda canlı mərc də daxil olmaqla tam oyunun qalibi – iştirakçıdan bir tennis oyununda canlı mərc də daxil olmaqla, tam oyunun qalibini proqnoz etməsi tələb olunur. Qaydalarda müəyyən edilmiş setlər tam sayda başa çatdırılmazsa, bütün mərclər etibarsız sayılır. Mərc müddəti ərzində yekunlaşan mərclər hesablanacaq və etibarsız elan edilməyəcəkdir
4.4. Tennis oyununda canlı mərc də daxil olmaqla tam oyun üzrə Asiya “fora”sı və “Alt/Üst” - iştirakçıdan bir tennis oyununda canlı mərc də daxil olmaqla, tam oyun üzrə Asiya “fora”sını və “Alt/Üst”ü proqnoz etməsi tələb olunur.
Matçda oynanılan setlərə istinad edir. Qələbə və ya məğlubiyyət hər iki oyunçunun topladığı setlərin sayı ilə müəyyən olunur. Qaydalarda müəyyən edilmiş setlər tam sayda başa çatdırılmazsa, bütün mərclər etibarsız sayılır. “Alt/Üst” mərclərində super tay-breyk bir set sayılır.
4.5. Tennis oyununda növbəti xal – iştirakçıdan bir tennis oyununda hansı oyunçunun qeyd olunan xal ilə qalib gələcəyini proqnoz etməsi tələb olunur. Təklif olunan xal mərc növünün adında göstərilir, məsələn: 1-ci set – 5-ci oyun – 1-ci xalın qalibi.
Xal hər hansı səbəbdən oynanılmazsa, yəni hakim tərəfindən penalti xalı kimi təyin olunarsa, oyun və ya matç xal oynanılmazdan əvvəl başa çatarsa, oyunçu oyundan imtina edərsə və s., müvafiq mərclər etibarsız sayılır. Bu mərc növündə tay-breyk xalları sayılmır.
4.6. Tennis oyununda birinci və ya növbəti oyun – iştirakçıdan bir tennis oyununda hansı oyunçunun qeyd olunan oyunda qalib gələcəyini proqnoz etməsi tələb olunur. Təklif olunan oyun mərc növünün adında göstərilir, məsələn: 2-ci set – 7-ci oyun – Qalib. Oyun hər hansı səbəbdən başa çatdırılmazsa, müvafiq mərclər etibarsız sayılır. Bu mərc növündə tay-breyk xalları sayılmır.
4.7. Tennis oyununda birinci və ya növbəti oyun üzrə dəqiq hesab - iştirakçıdan bir tennis oyununda verilmiş variantlar arasında seçim etməklə, göstərilən oyunda qalibin və rəqibinin xallarını proqnoz etməsi tələb olunur. Təklif olunan oyun mərc növünün adında göstərilir, məsələn: 1-ci set – 8-ci oyun– Dəqiq hesab. Oyun hər hansı səbəbdən başa çatdırılmazsa, müvafiq mərclər etibarsız sayılır.
4.8. Tennis oyununda bərabər hesab – iştirakçıdan bir tennis oyununda qeyd olunan oyunun istənilən mərhələsində 40-40 hesabının baş verib-verməyəcəyini proqnoz etməsi tələb olunur.
Təklif olunan oyun mərc növünün adında göstərilir, məsələn: 1-ci set – 4-cü oyun – Bərabər hesab. “Bəli” cavabı oyunda 40-40 hesabının baş verəcəyini bildirir. “Xeyr” cavabı isə oyunda 40-40 hesabının baş verməyəcəyini bildirir.
Oyun hər hansı səbəbdən oynanılmazsa və ya 40-40 hesabına çatmazdan əvvəl ləğv olunarsa, müvafiq mərclər etibarsız sayılır. 40-40 hesabına çatdıqdan sonrakı mərhələdə oyun istənilən səbəbdən ləğv olunsa belə, həmin oyun üzrə mərclər hesablanır.
4.9. Tennis oyununda cəmi xallar – iştirakçının bir tennis oyununda qeyd olunan oyunda xalların müəyyən rəqəmdən çox, az və ya ona bərabər olacağını proqnoz etməsi üçün Üç variantlı mərc oyunu oynanılır.
Təklif olunan oyun mərc növünün adında göstərilir, məsələn: 1-ci set – 2-ci qeym – Cəmi xallar. Oyun hər hansı səbəbdən oynanılmazsa, müvafiq mərclər etibarsız sayılır. Oyun zədələnmə və ya (xəsarət, hər hansı özəl əsas və s. ilə bağlı) oyundan kənarlaşdırma səbəbindən ləğv olunarsa, mərclər üzrə hesablama artıq müəyyən edilməyibsə, müvafiq mərclər etibarsız sayılır. Bu mərc növündə tay-breyk xalları sayılmır.
4.10. Tennis oyununda oyunlar uğrunda yarışma – iştirakçıdan bir tennis oyununda mübarizə aparan oyunçulardan/komandalardan hansının müvafiq seçim(lər)ə birinci çatacağını proqnoz etməsi tələb olunur.
4.11. Tennis oyununda canlı mərclərin daxil olduğu oyunlar
Oyunlar mərci matçda oynanılan hər bir oyuna istinad edir. Qələbə və ya məğlubiyyət hər iki oyunçunun topladığı oyunların sayı ilə müəyyən olunur. Qaydalarda müəyyən edilmiş setlər tam sayda başa çatdırılmazsa və ya setlərin sayı dəyişdirilərsə, mərclər etibarsız sayılır. Oyunların məqsədləri üçün tay-breyk bir oyun hesab edilir. Bütün oyun mərcləri üçün super tay-breyk bir oyun hesab edilir.
4.12. Tennis oyununda Canlı mərc də daxil olmaqla, birinci və ya ikinci və ya üçüncü və ya dördüncü və ya beşinci set üzrə Oyun nəticəsi və ya “fora” və ya Alt/Üst mərcləri – iştirakçıdan bir tennis oyununda Canlı mərc də daxil olmaqla, birinci və ya ikinci və ya üçüncü və ya dördüncü və ya beşinci set üzrə Oyun nəticəsi və ya “fora” və ya Alt/Üst mərclərini proqnoz etməsi tələb olunur.
Setin başa çatdırılmadığı hallarda, bütün mərclər etibarsız sayılır.
4.13. Tennis oyununda oyunçu ən azı bir setdə qalib gələcək və ya oyunçu ən azı iki setdə qalib gələcək - iştirakçıdan bir tennis oyununda iki oyunçudan hər hansı birinin matç ərzində ən azı 1 setdə və ya ən azı 2 setdə qalib gəlib-gəlməyəcəyini proqnoz etməsi tələb olunur.
Artıq bir və ya iki tamamlanmış set olubsa, mərclər hesablanma üçün etibarlı sayılır.
4.14. Tennis oyununda tay-breyklərin sayı və ya hər hansı bir setdə tay-breykin qalibi – iştirakçıdan bir tennis oyununda tay-breyklərin dəqiq sayını (1, 2 və ya 3) və ya tay-breyk oynanılmasının mümkün olduğu hər bir set üçün Oyun nəticəsi qalibini proqnoz etməsi tələb olunur.
Qaydalarda müəyyən edilmiş setlər tam sayda başa çatdırılmazsa, bütün mərclər etibarsız sayılır.
Müəyyən olunmuş tay-breyk qalibinin iştirak etdiyi artıq bir və ya daha çox set varsa, həmin mərc növü üzrə bütün mərclər hesablama məqsədləri üçün etibarlı sayılır.
4.15. Tennis oyununda hər hansı bir setin sıfırla yekunlaşması - iştirakçıdan bir tennis oyununda oyun ərzində sıfır hesabı ilə başa çatacaq setin olub-olmayacağını proqnoz etməsi tələb olunur.
Müəyyən olunmuş tay-breyk qalibinin iştirak etdiyi artıq bir və ya daha çox set varsa, həmin mərc növü üzrə bütün mərclər hesablama məqsədləri üçün etibarlı sayılır.
4.16. Tennis oyununda cəmi oyunlar –Tək/Cüt – iştirakçıdan bir tennis oyununda oynanılan oyunların toplam sayını, bu sayın tək ya da cüt rəqəm olacağını proqnoz etməsi tələb olunur.
Müəyyən olunmuş tay-breyk qalibinin iştirak etdiyi artıq bir və ya daha çox set varsa, həmin mərc növü üzrə bütün mərclər hesablama məqsədləri üçün etibarlı sayılır.
4.17. Tennis oyununda əksər oyunlarda qalib gələcək oyunçu və ya komanda – iştirakçıdan bir tennis oyununda iki oyunçudan və ya komandadan birinin matç ərzində oyunların əksəriyyətində qalib gəlməsini proqnoz etməsi tələb olunur.
Bu mərc növü üzrə qalib gəlmək üçün iki oyunçudan və ya komandadan biri matç ərzində oyunların əksəriyyətində qalib gəlməlidir. Heç-heçə mərci seçimi qismində oyun nəticəsi mərc növünün seçilməsi o deməkdir ki, iki oyunçu və ya komanda arasındakı oyunların sayı bərabər olmalıdır.
Müəyyən olunmuş tay-breyk qalibinin iştirak etdiyi artıq bir və ya daha çox set varsa, həmin mərc növü üzrə bütün mərclər hesablama məqsədləri üçün etibarlı sayılır.
4.18. Tennis oyununda canlı mərc də daxil olmaqla set üzrə hesab – iştirakçıdan bir tennis oyununda matçın sonunda setlərin hesabını proqnoz etməsi tələb olunur.
Qaydalarda müəyyən edilmiş setlər tam sayda başa çatdırılmazsa və ya setlərin sayı dəyişdirilərsə, mərclər etibarsız sayılır.
4.19. Tennis oyununda canlı mərc daxil olmaqla cəmi oyunçu oyunları – iştirakçıdan bir tennis oyununda matçda oyunçunun nail olduğu oyunların sayını proqnoz etməsi tələb olunur.
Qaydalarda müəyyən edilmiş setlər tam sayda başa çatdırılmazsa və ya setlərin sayı dəyişdirilərsə, mərclər etibarsız sayılır. Oyunların məqsədləri üçün tay-breyk bir oyun hesab edilir. Bütün oyun mərclərində super tay-breyk bir oyun hesab edilir.
4.20. Tennis oyununda canlı mərc daxil olmaqla cəmi tay-breyk və ya tay-breyk – iştirakçıdan bir tennis oyununda tay-breyki və ya cəmi tay-breykləri proqnoz etməsi tələb olunur.
Cəmi tay-breyk “Alt/Üst” mərcinə bənzəyir. Qələbə və ya məğlubiyyət matçdakı tay-breyklərin sayı ilə müəyyən olunur. Super tay-breyk canlı tay-breyk mərcində tay-breyk hesab edilmir. Yekunlaşmamış oyunda tay-breyk olubsa, mərclər etibarlı sayılır. Yekunlaşmamış oyunda tay-breyk yoxdursa, mərclər etibarsız sayılır.
4.21. Tennis oyununda ikiqat nəticə - iştirakçıdan bir tennis oyununda oyunçunun 1-ci setdə qalib və ya məğlub olacağını və sonra matçda qalib gələcəyini və ya məğlub olacağını proqnoz etməsi tələb olunur.
Qaydalarda müəyyən edilmiş setlər tam sayda başa çatdırılmazsa, mərclər etibarsız sayılır.
4.22. Tennis oyununda cəmi “eys”lər – iştirakçıdan bir tennis oyununda cəmi “eys”ləri (ing. “ace”, tennisdə rəqibin topu geri qaytara bilməməsi nəzərdə tutulur) proqnoz etməsi tələb olunur.
Cəmi “eys”lər mərc növü “Asiya forası” və “Alt/Üst” mərcinə bənzəyir. Qələbə və ya Məğlubiyyət hər iki oyunçunun topladığı “eys”lərin sayı ilə müəyyən olunur. Qaydalarda müəyyən edilmiş setlər tam sayda başa çatdırılmazsa və ya setlərin sayı dəyişilərsə, mərclər etibarsız sayılır. Matç hər hansı oyunçunun meydanı tərk etməsi və ya diskvalifikasiya olunması səbəbindən başa çatdırılmazsa, bütün mərclər etibarsız sayılır.
4.23. Tennis oyununda birinci “eys” – iştirakçıdan bir tennis oyununda hansı oyunçunun birinci “eys”i icra edəcəyini proqnoz etməsi tələb olunur.
4.24. Tennis oyununda birinci xalı qazanma - iştirakçıdan bir tennis oyununda hansı oyunçunun birinci xalı qazanacağını proqnoz etməsi tələb olunur.
Püşkatmadan sonra edilən bütün mərclər etibarsız sayılır.
4.25. Tennis oyununda birinci oyunu qazanma - iştirakçıdan bir tennis oyununda hansı oyunçunun birinci oyunu qazanacağını proqnoz etməsi tələb olunur.
Püşkatmadan sonra edilən bütün mərclər etibarsız sayılır.
4.26. Tennis oyununda üç oyunu birinci qazanma - iştirakçıdan bir tennis oyununda hansı oyunçunun üç oyunu birinci qazanacağını proqnoz etməsi tələb olunur.
Püşkatmadan sonra edilən bütün mərclər etibarsız sayılır.
4.27. Tennis oyununda rəqib daxiletmələrindən ilk oyunu qazanma (breyk) – iştirakçıdan bir tennis oyununda hansı oyunçunun rəqibin ötürməyə başladığı bütün oyunu ilk olaraq qazanacağını proqnoz etməsi tələb olunur.
Rəqib daxiletməsindən hər hansı bir qazanma baş verməzsə, bütün mərclər etibarsız sayılır. Püşkatmadan sonra yerləşdirilən bütün mərclər etibarsız sayılır.
4.28. Tennis oyununda cüt xətalar – iştirakçıdan bir tennis oyununda baş verən cüt xətaları proqnoz etməsi tələb olunur.
Matçda baş verən cüt xətalara istinad edir. Qələbə və ya məğlubiyyət hər oyunçunun topladığı cüt xətaların sayı ilə müəyyən olunur. Qaydalarda müəyyən edilmiş setlər tam sayda başa çatdırılmazsa və ya setlərin sayı dəyişilərsə, mərclər etibarsız sayılır.
4.29. Tennis oyununda birinci cüt xəta – iştirakçıdan bir tennis oyununda hansı oyunçunun ilk cüt xətanı edəcəyini proqnoz etməsi tələb olunur.
4.30. Tennis oyununda ən sürətli zərbə - iştirakçıdan bir tennis oyununda matç ərzində hansı oyunçunun mərc növünün adında göstərildiyi kimi km/saat və ya mil/saat hesablaması ilə ən sürətli zərbəni vuracağını proqnoz etməsi tələb olunur.
4.31. Tennis oyununda qalib (“autrayt”) – iştirakçıdan bir tennis turnirinin qalibini proqnoz etməsi tələb olunur. Həmin oyunçunun oyundan kənarlaşdırıldığı halda, bütün mərclər etibarsız sayılır.
4.32. Tennis oyununda qalib – iştirakçıdan bir tennis oyununun qalibini proqnoz etməsi tələb olunur. Oyunçu 1-ci raundu başlatmalıdır.
4.33. Tennis oyununda qalibin oyunçuların dörtlüyündən ya da yarısından çıxması – iştirakçıdan bir tennis turnirinin qalibinin oyunçuların hansı dörtlüyündən və ya yarımhissəsindən çıxacağını proqnoz etməsi tələb olunur. Turnirdə iştirak edən oyunçular 4 qrupa bölünür və hər dördlükdə ən perspektivli 4 seçmədən biri olur.
Qalib gələn dörtlük - qalib oyunçunun oyunçuların hansı dörtlüyündən çıxacağı proqnoz edilməlidir (məs. 1-ci, 2c-i, 3-cü, 4-cü dörtlükdən).
Qalib gələn yarımhissə - qalib oyunçunun oyunçuların hansı yarımhissəsindən çıxacağı proqnoz edilməlidir (məsələn: ən perspektivli və ya ən perspektivsiz yarımhissədən)
4.34. Tennis oyununda dörtlüyün qalibi – iştirakçıdan bir tennis turnirində qalibin oyunçuların hansı dörtlüyündən çıxacağını proqnoz etməsi tələb olunur.
4.35. Tennis oyununda finalçılar və ya finala çıxma – iştirakçıdan bir tennis turnirində finala çıxacaq oyunçuları proqnoz etməsi tələb olunur.
4.36. Tennis oyununda təkbətək – iştirakçıdan bir tennis turnirində hansı oyunçunun ən yüksək raunda çatacağını (və ya qalib gələcəyini) proqnoz etməsi tələb olunur. Həmin oyunçunun oyundan kənarlaşdırıldığı halda, bütün mərclər etibarsız sayılır. “Qaytarma qaydası” tətbiq olunur.
4.37. Tennis oyununda oyundan kənarlaşdırma mərhələsi – iştirakçıdan bir tennis turnirində oyunçunun oyundan kənarlaşdırıldığı mərhələni proqnoz etməsi tələb olunur. Mərclərin etibarlı olması üçün oyunçular turnirin birinci matçını başlatmalıdır.