Bu sayt eTopaz-ın yeni versiyasıdır. Tezliklə bütün eTopaz əməliyyatları yalnız bu platforma üzərindən həyata keçiriləcək.
Bu sayt eTopaz-ın yeni versiyasıdır. Tezliklə bütün eTopaz əməliyyatları yalnız bu platforma üzərindən həyata keçiriləcək.
Bu sayt eTopaz-ın yeni versiyasıdır. Tezliklə bütün eTopaz əməliyyatları yalnız bu platforma üzərindən həyata keçiriləcək.
Bu sayt eTopaz-ın yeni versiyasıdır. Tezliklə bütün eTopaz əməliyyatları yalnız bu platforma üzərindən həyata keçiriləcək.
Bu sayt eTopaz-ın yeni versiyasıdır. Tezliklə bütün eTopaz əməliyyatları yalnız bu platforma üzərindən həyata keçiriləcək.
Bu sayt eTopaz-ın yeni versiyasıdır. Tezliklə bütün eTopaz əməliyyatları yalnız bu platforma üzərindən həyata keçiriləcək.
Bu sayt eTopaz-ın yeni versiyasıdır. Tezliklə bütün eTopaz əməliyyatları yalnız bu platforma üzərindən həyata keçiriləcək.
Bu sayt eTopaz-ın yeni versiyasıdır. Tezliklə bütün eTopaz əməliyyatları yalnız bu platforma üzərindən həyata keçiriləcək.
Basketbol
3.1. Ümumi Müddəalar Mərclərin etibarlı olması üçün bütün oyunlar (yerli vaxtla) oyun proqramında müəyyən edilmiş tarixdə başlamalıdır. Matçın başlama vaxtı Operatorun internet səhifəsində yanlış elan edilibsə, istisna tətbiq edilir. Oyunun keçirildiyi yer dəyişdirilərsə, ev sahibi olan komanda hələ də ev sahibidirsə, artıq yerləşdirilmiş mərclər etibarlı sayılır. Oyun proqramındakı matçda ev sahibi olan komanda ilə qonaq komandanın yerləri dəyişərsə, ilkin oyun proqramına əsaslanan mərclər etibarsız sayılır. Əksi qeyd olunmayıbsa, oyundakı bütün mərclərə əlavə vaxt daxildir. İkivariantlı mərc növlərində aşağıda qeyd olunduğu kimi əksi bəyan edilməyibsə, “Qaytarma qaydası” tətbiq olunur. Təkli mərclər üzrə edilmiş mərclər geri qaytarılır, çoxsaylı və ya kombo mərclərdə isə seçim qeyri-iştirakçı kimi idarə olunur. Üç variantlı Oyun nəticəsi və Cüt şans mərc növlərində mərcin hesablanmasına Əlavə vaxt daxil deyil. Tam oyun mərclərinin etibarlı olması üçün 48 dəqiqəlik oyunlar ən azı 43 (43:00) dəqiqə, 40 dəqiqəlik oyunlar isə ən azı 35 (35:00) dəqiqə oynanılmalıdır. Oyun minimal vaxt müddətindən sonra dayandırılarsa və eyni gündə davam etdirilməzsə, oyunun başqa tarixdə başa çatdırılıb-çatdırılmamasından asılı olmayaraq, mərcin nəticələri oyunun dayandırıldığı vaxt qeydə alınmış hesab ilə müəyyən edilir. Çempionlar Liqasında Matç heç-heçə hesabı ilə başa çatarsa və əlavə vaxt oynanılmazsa, “Matç” mərci və “Normal vaxt” matç mərci (İkivariantlı) “Qaytarma qaydası” ilə hesablanır. “Əlavə vaxt olacaqmı” mərc növləri “Bəli” cavabı ilə hesablanır. Matç heç-heçə hesabı ilə başa çatmazsa, lakin kvalifikasiya məqsədləri üçün əlavə vaxt oynanılarsa, mərc növləri normal vaxtın sonundakı nəticəyə əsasən hesablanır. 3.2. Basketbol oyunununda canlı mərc - iştirakçıdan müəyyən bir basketbol oyunununda canlı olaraq mərc qoyuluşu etməsi tələb olunur. Canlı mərclər yarışın başlama vaxtından bir neçə dəqiqə əvvəl ilkin əmsallar hər hansı mümkün şəkildə elan edildikdən sonra qüvvəyə minir oyunun normal vaxtının başa çatması ilə yekunlaşır. Canlı mərc oyunlarına əlavə vaxt daxildir. 3.3. Basketbol oyununda 3x3, Stritbol və Big3 Bu idman növünün 3x3, Stritbol və Big3 versiyalarında hesablama rəsmi yarış qaydalarına əsaslanır. Matçın başladığı, lakin başa çatdırılmadığı təqdirdə, konkret mərc növünün nəticəsinin artıq müəyyən edildiyi hallar istisna olmaqla, mərclər etibarsız sayılır. 3.4. Basketbol oyununda oyun nəticəsi – iştirakçıdan bir basketbol oyununda hansı komandanın qalib gələcəyini proqnoz proqnoz etməsi tələb olunur. 3.5. Basketbol oyununda 1-ci hissə üzrə üçvariantlı nəticə Üçvariantlı “fora”da seçim imkanı elə qurulur ki, heç-heçə nəticəsi də mümkün olsun və beləliklə, 3 potensial mərc əldə edilsin. 1-ci hissə üzrə üçvariantlı fora yalnız 1-ci hissənin nəticəsinə uyğun olaraq hesablanır. 3.6. Basketbol oyununda 1-ci və ya 2-ci və ya 3-cü Period üzrə üçvariantlı nəticə Üçvariantlı “fora”da seçim imkanı elə qurulur ki, heç-heçə nəticəsi də mümkün olsun və beləliklə, 3 potensial mərc əldə edilsin. 1-ci və ya 2-ci və ya 3-cü period üzrə üçvariantlı “fora” mərci yalnız oyunun 1-ci və ya 2-ci və ya 3-cü periodunun nəticəsinə uyğun olaraq hesablanır. 3.7. Basketbol oyununda hesab fərqi (“fora”) – iştirakçıdan bir basketbol oyununda verilmiş hesab fərqini hesaba tətbiq etməklə, hansı komandanın qalib olacağını proqnoz etməsi tələb olunur. 3.8. Basketbol oyununda “Alt/Üst” – iştirakçıdan bir basketbol oyununda hər iki komandanın əldə etdiyi xalların müəyyən rəqəmdən çox və ya az olacağını proqnoz etməsi tələb olunur. 3.9. Basketbol oyununda 1-ci hissə Bütün 1-ci hissə üzrə mərc növləri (Oyun nəticəsi, “fora”, “Alt/Üst”, Cəmi komanda xalları, Cəmi Tək/Cüt və Cəmi Komanda Tək/Cüt) yalnız birinci hissənin nəticəsinə uyğun olaraq hesablanır. Oyun 1-ci hissənin başa çatmasından əvvəl ləğv olunarsa, 1-ci hissəyə dair bütün mərclər etibarsız sayılır. 3.10. Basketbol oyununda alternativ 1-ci hissə - iştirakçıdan bir basktebol oyununda verilmiş alternativ hesab fərqini 1-ci hissəyə tətbiq etməklə, hansı komandanın qalib olacağını proqnoz etməsi tələb olunur. 3.11. Basketbol oyununda 2-ci hissə Bütün 2-ci hissə üzrə mərc növləri (Oyun nəticəsi, “fora”, “Alt/Üst”, Cəmi komanda xalları, Cəmi Tək/Cüt və Cəmi Komanda Tək/Cüt) əlavə vaxt (əgər oynanılarsa) da daxil olmaqla, 2-ci hissənin nəticəsinə uyğun olaraq hesablanır. Oyun ləğv olunarsa, mərclər etibarsız sayılır. Müəyyən olunmuş oyun vaxtının 5 və ya daha az dəqiqəsi qalmışdırsa, istisna tətbiq olunur. Bu halda, mərclər oyunun ləğv edildiyi vaxtdakı nəticəyə uyğun olaraq hesablanır. 3.12. Basketbol oyununda alternativ 2-ci hissə - iştirakçıdan bir basktebol oyununda əlavə vaxt (əgər oynanılarsa) da daxil olmaqla, verilmiş alternativ hesab fərqini 2-ci hissəyə tətbiq edərək hansı komandanın qalib olacağını proqnoz etməsi tələb olunur. 3.13. Basketbol oyununda 1-ci və ya 2-ci və ya 3-cü və ya 4-cü period Bütün period üzrə mərc növləri (Oyun nəticəsi, “fora”, “Alt/Üst”, Cəmi komanda xalları, Cəmi Tək/Cüt, Cəmi Komanda Tək/Cüt, Qələbə marjası) müvafiq periodun nəticəsinə uyğun olaraq hesablanır. 4-cü period nəticəsinə (əgər oynanılarsa) əlavə vaxt daxildir. Periodlar üzrə mərclərin sayılması üçün həmin period müddətləri başa çatdırılmalıdır. Oyun müəyyən olunmuş oyun vaxtı ləğv olunarsa, cari və növbəti periodlar üzrə mərclər etibarsız sayılır. Məsələn: Oyun 2-ci period ərzində ləğv olunarsa, 1-ci period üzrə mərclər hesablanır, qalan mərclər (2-ci və ya 3-cü və ya 4-cü period) isə etibarsız sayılır. Oyun 4-cü period ərzində ləğv olunarsa (oyun vaxtının bitməsinə 5 dəqiqədən də az vaxt qaldıqda belə), müvafiq mərclər etibarsız sayılır. 1-ci və ya 2-ci və ya 3-cü periodlar üzrə mərclər hesablanır. Oyun əlavə vaxtda ləğv olunarsa, bütün period üzrə mərclər hesablanır. 4-cü period mərcləri 4-cü periodun nəticəsinə uyğun olaraq hesablanır və oyunun ləğv olunduğu vaxta qədər əlavə vaxtda qazanılan xallar əlavə olunur. 3.14. Basketbol oyununda alternativ 1-ci və ya 2-ci və ya 3-cü və ya 4-cü period – iştirakçıdan bir basketbol oyununda verilmiş alternativ hesab fərqini 1-ci və ya 2-ci və ya 3-cü perioda və ya əlavə vaxt (əgər oynanılarsa) da daxil olmaqla 4-cü perioda tətbiq etməklə, hansı komandanın qalib olacağını proqnoz etməsi tələb olunur. 3.15. Basketbol oyununda 1-ci və 2-ci və ya 3-cü period üzrə Cüt şans – iştirakçıdan bir basketbol oyununda üç mümkün nəticədən ikisini əhatə etməklə, 1-ci və 2-ci və ya 3-cü periodun nəticəsini proqnoz etməsi tələb olunur. 3.16. Basketbol oyununda komanda xallarının cəmi - iştirakçıdan bir basketbol oyununda hər hansı komandanın verilmiş rəqəmdən çox və ya az xal toplayacağını proqnoz etməsi tələb olunur. 3.17. Basketbol oyununda 2-ci və ya 3-cü və ya 4-cü period üzrə komanda xallarının cəmi – iştirakçıdan bir basketbol oyununda müəyyən komandanın 2-ci və ya 3-cü və ya əlavə vaxt (əgər oynanılarsa) da daxil edilərək 4-cü periodda verilmiş rəqəmdən çox və ya az xal toplayacağını proqnoz etməsi tələb olunur. 3.18. Basketbol oyununda hər iki komandanın xallarının cəmi üzrə Tək/Cüt - iştirakçıdan bir basketbol oyununda hər iki komandanın topladığı xalların cəminin tək və ya cüt rəqəm olacağını proqnoz etməsi tələb olunur. 3.19. Basketbol oyununda 2-ci hissədə xalların cəmi üzrə Tək/Cüt - iştirakçıdan bir basketbol oyununda əlavə vaxt (əgər oynanılarsa) da daxil olmaqla, hər iki komandanın 2-ci hissədə topladığı xalların cəminin tək və ya cüt rəqəm olacağını proqnoz etməsi tələb olunur. 3.20. Basketbol oyununda 2-ci hissədə müəyyən komanda xallarının cəmi üzrə Tək/Cüt - iştirakçıdan bir basketbol oyununda əlavə vaxt (əgər oynanılarsa) da daxil olmaqla, müəyyən komandanın 2-ci hissədə topladığı xalların cəminin tək və ya cüt rəqəm olacağını proqnoz etməsi tələb olunur. 3.21. Basketbol oyununda 2-ci və ya 3-cü və ya 4-cü periodda xalların cəmi üzrə Tək/Cüt - iştirakçıdan bir basketbol oyununda hər iki komandanın 2-ci və 3-cü və ya əlavə vaxt (əgər oynanılarsa) da daxil edilərək 4-cü period ərzində topladığı xalların cəminin tək və ya cüt rəqəm olacağını proqnoz etməsi tələb olunur 3.22. Basketbol oyununda 2-ci və ya 3-cü və ya 4-cü periodda xalların cəmi üzrə Tək/Cüt - iştirakçıdan bir basketbol oyununda müəyyən komandanın 2-ci və 3-cü və ya əlavə vaxt (əgər oynanılarsa) da daxil edilərək 4-cü period ərzində topladığı xalların cəminin tək və ya cüt rəqəm olacağını proqnoz etməsi tələb olunur. 3.23. Basketbol oyununda müəyyən komandanın xallarının cəmi üzrə Tək/Cüt - iştirakçıdan bir basketbol oyununda müəyyən komandanın topladığı xalların cəminin tək və ya cüt rəqəm olacağını proqnoz etməsi tələb olunur. 3.24. Basketbol oyununda qələbəni təmin edən amillər – iştirakçıdan bir basketbol oyununda qalib gələcək komandanı və verilmiş variantlar arasında seçim etməklə, həmin komandanın dəqiq neçə xal ilə qalib gələcəyini proqnoz etməsi tələb olunur. 3.25. Basketbol oyunununda 2-ci və ya 3-cü və ya 4-cü period üzrə qələbə marjası (3-dən artıq say ilə) – iştirakçıdan bir basketbol oyununda 2-ci və ya 3-cü və ya əlavə vaxt (əgər oynanılarsa) da daxil olmaqla 4-cü period üçün qələbə marjasını (3-dən artıq say ilə) proqnoz etməsi tələb olunur. 3.26. Basketbol oyununda 7 variantlı və 12 variantlı qələbə marjası (istənilən komanda üzrə) – iştirakçıdan bir basketbol oyununda qalib gələcək komandanı və əlavə vaxt (əgər oynanılarsa) da daxil olmaqla, verilmiş variantlar arasında seçim etməklə, həmin komandanın dəqiq neçə xal ilə qalib gələcəyini proqnoz etməsi tələb olunur. 3.27. Basketbol oyununda əlavə vaxt – iştirakçıdan bir basketbol oyununda əlavə vaxtın tətbiq olunub olunmayacağını proqnoz etməsi tələb olunur. Oyun ləğv edilərsə, əlavə vaxtın başlamadığı təqdirdə, mərclər etibarsız sayılır. Normal oyun müddətində nəticə heç-heçə deyilsə və əlavə vaxt oynanılarsa, bütün mərclər etibarsız sayılır. 3.28. Basketbol oyununda birinci hissə və oyun nəticəsi – iştirakçıdan bir basketbol oyununda oyunun birinci hissəsinin və (əgər oynanılarsa) əlavə vaxt da daxil olmaqla, sonunun nəticəsini proqnoz etməsi tələb olunur. Oyun ləğv edilərsə və ya hər hansı səbəbdən heç-heçə ilə bitərsə və əlavə vaxt təyin edilməzsə, mərclər etibarsız sayılır. 3.29. Basketbol oyunundan ən yüksək hesabın qeydə alındığı hissə və ya period – iştirakçıdan bir basketbol oyununda ən çox xalın hansı hissədə və periodda əldə olunacağını proqnoz etməsi tələb olunur. Bu mərc növünə (əgər oynanılarsa) əlavə vaxt daxildir. Oyun ləğv edilərsə, mərclər etibarsız sayılır. 3.30. Basketbol oyununda period üzrə ən çox xal toplayan komanda – iştirakçıdan bir basketbol oyununda hansı komandanın istənilən period ərzində ən çox xal toplayacağını proqnoz etməsi tələb olunur. Oyun ləğv edilərsə, mərclər etibarsız sayılır. Bu mərc növünə (əgər oynanılarsa) əlavə vaxt daxildir. “Qaytarma qaydası” tətbiq olunur. 3.31. Basketbol oyununda 12 və ya 25 və ya 45 xal uğrunda mübarizə - iştirkaçıdan bir basketbol oyununda hansı komandanın 12 və 25 və ya 45 xalı birinci toplayacağını proqnoz etməsi tələb olunur. Oyun istənilən komandanın göstərilən rəqəmlərə çatmasından əvvəl ləğv edilərsə, mərclər etibarsız sayılır. 3.32. Basketbol oyununda qalib (“autrayt”) – iştirakçıdan bir basketbol turnirinin qalibini (“autrayt”) proqnoz etməsi tələb olunur. Mərclər (Pley-offlar daxil olmaqla) yekun liqa mövqeyinə uyğun olaraq və turnirin rəsmi saytına əsaslanmaqla hesablanır. 3.33. Basketbol oyununda kvalifikasiya – iştirakçıdan bir basketbol turnirində hər hansı bir komandanın növbəti mərhələyə keçib-keçməyəcəyini proqnoz etməsi tələb olunur. Komanda matçdan əvvəl turnirdən diskvalifikasiya olunarsa və yarışdan çıxarılarsa, bütün kvalifikasiya mərcləri etibarsız sayılır. 3.34. Basketbol oyununda oyunçular üzrə mərclər – iştirakçıdan bir basketbol oyununda qeyd olunan oyunçuların topladığı xalların, aldığı “ribaund”ların, etdiyi “asist”lərin, rəqibdən aldığı topların və s. hərəkərlərinin sayını proqnoz etməsi tələb olunur. Qeyd olunan oyunçulardan hər hansı biri üzrə bir neçə mərc növü təklif olunur: xallar, “ribaund”lar, “asist”lər, top almalar və s. Müvafiq oyunçu matçda oynamırsa, onunla əlaqədar mərclər etibarsız sayılır. Əlavə vaxtda (əgər oynanılarsa) qazanılmış istənilən statistik məlumatlar hesablama məqsədləri üçün nəzərə alınır. Qələbə və ya Məğlubiyyət sözügedən oyunçunun qazandığı statistik nailiyyətlər ilə əvvəlcədən təxmin edilmiş statistik göstəricilərin müqayisəsi əsasında müəyyən olunur. Hesablama oyunun oynanıldığı turnirin rəsmi saytında təqdim olunan statistik məlumatlara uyğun olaraq aparılır. 3.35. Basketbol oyununda tizerlər Tizerlər/Super tizerlər/Monster tizerlərdə iki və ya daha çox komanda üzrə hesab fərqinin və oyunun cəmi hesabının tənzimlənməsinə icazə verilir. Tizerdəki bütün seçimlər üzrə sabit sayda xal satın alınır. Ödəniş üzrə əmsallar seçilmiş komandaların sayı və seçilmiş xalların sayı ilə müəyyən edilir: 4-xallıq tizerlər: İki komanda = -110/1.9 Üç komanda = +170/2.7 Dörd komanda= +290/3.9 beş komanda= +450/5.5 Altı komanda= +650/7.5 4.5-xallıq tizerlər: İki komanda= -120/1.83 Üç komanda= +150/2.5 Dörd komanda= +240/3.4 Beş komanda = +400/5 Altı komanda= +550/6.5 5-xallıq tizerlər: İki komanda = -130/1.76 Üç komanda= +130/2.3 Dörd komanda= +190/2.9 Beş komanda= +350/4.5 Altı komanda= +450/5.5 8-xallıq tizerlər (Super) Üç komanda= -120/1.83 (heç-heçə üzrə mərclər uduzmuş sayılır) 10-xallıq tizerlər (Monster) Dörd komanda= -120/1.83 (heç-heçə uduzmuş sayılır) Mərcin udmuş sayılması üçün bütün seçimlər müvəffəqiyyətli olmalıdır. Tizerdə seçim heç-heçədirsə, həmin tizer üçün daha aşağı səviyyə təklif olunarsa, tizer növbəti aşağı səviyyəyə enir. Məğlubiyyətsiz iki komanda tizerində heç-heçə mərci qeyri-iştirakçı hesab edilir və mərcin məbləği geri qaytarılır. Super/monster tizerində mərc yerləşdirərkən, nəticə heç-heçə olarsa, tizer uduzmuş sayılır. Tizer mərclərinə aşağıdakılar daxil olmaqla, yalnız matçdan əvvəlki oyunlarda və seçilmiş liqalarda icazə verilir: 1. MBA (ing. NBA, Milli Basketbol Assosiasiyası), NCAAB (ing., Milli Tələbə Basketbol İdman Assosiasiyası) və ya tizer mərclərinə icazə verilən istənilən digər liqa üzrə adi tizerlər: 4, 4½ və 5 xal 2. SUPER TİZERLƏR: 3 komanda tizeri - 8 xal alınır, heç-heçə üzrə mərc uduzmuş sayılır, əmsallar -120/1.83 3. MONSTER TİZER: 4 komanda tizeri - 10 xal alınır, heç-heçə üzrə mərc uduzmuş sayılır, əmsallar -120/1.83